Accessibility links

İran Tehran-Bakı-Tehran marşrutu üzrə uçuşları artırmaq istəyir


İran Tehran-Bakı-Tehran marşrutu üzrə uçuşları artırmaq istəyir
İran Tehran-Bakı-Tehran marşrutu üzrə uçuşları artırmaq istəyir

İran Mülki Aviasiya Təşkilatının aviasiya və beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsini icra edən Məhəmməd Xudakərəmi bu məsələ üzrə mövqeyini ifadə edib.

İran hökuməti Tehran-Bakı-Tehran marşrutu üzrə uçuşların tezliyini artırmaq istəyir. Hazırda iki dövlətin aviaşirkətləri bu istiqamətdə həftədə 12 uçuş həyata keçirir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasında Turan Agentliyinə deyiblər ki, İran Mülki Aviasiya Təşkilatının aviasiya və beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsini icra edən Məhəmməd Xudakərəmi bu məsələ üzrə mövqeyini ifadə edib.
Dövlət Mülki Aviasiya Administrasiyasında qeyd ediblər ki, Azərbaycan tərəfi məsələyə baxır və məsləhətləşmələrin davamı barədə razılıq əldə edilib.
Hazırda "Azərbaycan Hava Yolları" QSC Tehrana həftədə 4, "İran Air" isə 2 dəfə uçuş həyata keçirir.

XS
SM
MD
LG