Accessibility links

İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri İstanbulda görüşürlər


İranın xarici işlər naziri Mənuçehr Möttəki Tehranın Türkiyə və Braziliya ilə müzakirələri davam etdirməyə hazır olduğunu deyib

Türkiyənin Xarici İşlər Nazirliyi İranın sentyabr ayının sonunda Müsəlmanların müqəddəs Ramazan ayı başa çatdıqdan sonra Avropa Birliyi ilə nüvə proqramı barədə danışqlara hazır olduğunu bildirib. İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri bu gün İstanbulda görüşərək, nüvə yanacağı mübadiləsi təklifini müzakirə ediblər. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bazar ertəsi Beynəlxalq Aton Enerjisi Agentliyinə məktub göndərərək, İranla nüvə yanacağının mübadiləsi ətrafında texniki tərəflərin müzakirəsinə başlamağı xahiş edəcəyini bildirib.

İranın xarici işlər naziri Mənuçehr Möttəki Tehranın Türkiyə və Braziliya ilə müzakirələri davam etdirmək istədiyini bildirib. May ayında BMT İrana qarşı yeni sanksiyaları həyata keçirmişdi. İranla əldə edilən razılığa əsasən, İran tibbi tədqiqat reaktoru üçün yüksək dərəcəli nüvə yanacağının əvəzində az zənginləşdirilmiş uranının bir hissəsini Türkiyəyə göndərməlidir.

XS
SM
MD
LG