Accessibility links

İran uran məhsullarını yeni obyektə köçürür


İran uran məhsullarını yeni obyektə köçürür

İran uran məhsullarını yeni obyektə köçürür

İranın nüvə agentliyinin rəhbəri deyir ki, ölkə yüksək zənginləşdirilmiş uran məhsulunu yeni obyektə köçürəcək. Onun sözlərinə görə, İran həmçinin nüvə yanacağı istehasalı qabiliyyətini 3 dəfə artırır.

Dövlət mediası Firidun Abbasi-Davaniyə istinadən İranın 20 faiz zənginləşdirilmiş uran məhsulunu bu il Qum şəhəri yaxınlığındakı Fordo nüvə stansiyasına köçürəcəyini bildirib. İranın 2009-cu ildə bu obyektin mövcudluğunu aşkara çıxarması Qərb dövlətlərinin narahatlığına və İranın nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməsi şübhələrinə səbəb olmuşdu. Tehran isə nüvə proqramının dinc məqsəd daşıdığını bildirir. Qeyd edək ki, dünən İran prezident BMT-nin yeni hesabatını rədd etmişdi. Hesabatda Tehranın mümkün hərbi məqsədlər üçün nüvə fəaliyyətləri apardığı deyilir.

XS
SM
MD
LG