Accessibility links

İran uzunmənzilli raketləri sınaqdan keçirəcəyini bildirib

  • Amerikanın səsi

İran uzunmənzilli raketləri sınaqdan keçirəcəyini bildirib

İran uzunmənzilli raketləri sınaqdan keçirəcəyini bildirib

İran hərbi təlimlərin bir hissəsi olaraq uzunmənzilli raketləri sınaqdan keçirəcəyini bildirib. Admiral Mahmud Musəvi deyib ki, raketlərin sınağı dekabrın 24-də başlayan təlimlərin son mərhələsi olacaq.

Bildiriş İranla ABŞ arasında Hörmüz boğazı ətrafında söz güləşinin davam etdiyi vaxt verilib. İran Amerikanın Hörmüz boğazından neft daşınmasını dayandıracağına dair sərt xəbərdarlığını rədd edib.

İran hökuməti Qərbin onun nüvə proqramına qarşı sanksiyalar tətbiq etdiyi təqdirdə Hörmüz boğazından neft daşınmasının qarşısını almaqla hədələyib.

ABŞ hökuməti isə Hörmüz boğazından nəqliyyata mane olunmasına heç cür dözməyəcəyini bildirib. Bəhreyndə yerləşən 5-cı Dəniz qüvvələrinin sözçüsü leytenant Rebekka Rebarix bildirib ki, ABŞ naviqasiya azadlığının təmin edilməsi üçün əks tədbirlərə əl ata bilər.

Dünya neftinin üçdə iki hissəsi bu boğazdan daşınır.

.

XS
SM
MD
LG