Accessibility links

İran və Qərb dövlətləri nüvə məsələsinə dair danışıqlara hazırlaşır


İran xarici işlər naziri Tehranın nüvə proqramı ilə bağlı dünya liderləri ilə danışıqların növbəti raundunun aprel ayının 13-də başlamasını gözlədiyini bildirib. Onun sözlərinə görə, danışıqların keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib.

Əli Əkbər Salehi dövlət televiziyasına açıqlamada deyib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa, o cümlədən Almaniya ilə keçiriləcək görüşün yeri qarşıdakı günlərdə müəyyən ediləcək.

Xarici işlər naziri bu açıqlamanı İran prezidenti Mahmud Əhmədinejad və digər dövlət rəsmiləri nüvə məsələsini müzakirə etmək üçün İrana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanı qarşılayarkən verib.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton deyir ki, yeni danışıqlıqların vaxtı və yeri ilə bağlı razılıq yoxdur.

İran dünyanın qüdrətli dövlətlərinin nümayəndələri ilə gələn ay Türkiyənin İstanbul şəhərində görüşmək istəyir. 2011-ci il yanvar ayında da danışıqlar burada keçirilmişdi.

XS
SM
MD
LG