Accessibility links

Iran rejimi xalqı önündəki elektron pərdənin qalınlaşdırılması sahəsində addımlarını genişləndirir. İranın Telekommunikasiya Nazirliyi bu yaxınlarda banklar, sığorta şirkətləri və telefon operatorlarının Yahoo, Gmail və Hotmail kimi xarici elektron poçt provayderlərindən istifadəsini yasaqlayıb.

Qanun İran hökuməti ilə çalışan universitetlər və müəssisələrə də şamil edilir. Yarı-rəsmi Mehr xəbər agentliyi Kommunikasiya naziri Reza Tagipura istinadən bildirib ki, xarici electron poçt xidmətləri məlumatları əldə etməklə ölkənin təhlükəsizliyinə hədə törədir.

Reallıqda isə hökumətin təsdiqini əldə edən provayderlər İran rejiminin kibernetika məkanına nəzarətini təmin edir.

2009-cu ildə email, bloqlar, sosial media vasitəsi ilə dünyaya yayılan kütləvi etiraz aksiyalarından sonra İran rejimi internet istifadəçilərinə qarşı təzyiqlərini artırıb. Xəbərlərin senzurası üçün xüsusi kibernetika ordusu təsis edilib, bloqerlər nəzarət altına alınıb, minlərlə veb səhifələri bağlanıb, internetin sürəti azaldılıb, internet kafelərinin sahibləri müştərilərinin şəxsi məlumatlarını toplamağa məcbur edilib və rejim xarici veb səhifələrinə müraciəti məhdudlaşdırmaq məqsədi ilə ölkədaxili intranet şəbəki yaradıb.

ABŞ prezidenti Barak Obama İran hökumətini xalqı qarşısına elektron pərdə asmaqda günahlandırıb.”İnternet məhdudiyyətləri o qədər dərinləşdirilib ki, iranlılar əzizləri ilə belə rahat təmasdan məhrum olub. İnsanların imkanlarını artırmağa yönələn texnologiyalardan onların repressiyası üçün istifadə edilir.”

ABŞ dövlət başçısı bildirib ki, Amerika İran xalqını dünyadan uzaqlaşdıran elektron pərdəyə diqqətlərin cəlb edilməsi səylərini davam etdirəcək. Prezident İran xalqının ən adi hüquqlarının təmin edilməsi səylərinə digərlərinin də qoşulacağına ümid bəslədiyini deyib.

XS
SM
MD
LG