Accessibility links

İran xam neft hasilatının artırılmaması ilə bağlı ərəb ölkələrinə xəbərdarlıq edib


İran xam neft hasilatının artırılmaması ilə bağlı ərəb ölkələrinə xəbərdarlıq edib
İran xam neft hasilatının artırılmaması ilə bağlı ərəb ölkələrinə xəbərdarlıq edib

İranın OPEK-dəki nümayəndəsi ərəb ölkələrinə Qərb sanksiyalar tətbiq etsə, İran neftini əvəz etmək üçün xam neft hasilatını artırmamaqla bağlı xəbərdarlıq edib.

Məhəmməd Əli Xatibiyə istinad edən Şərq qəzeti xəbər verib ki, OPEK üzvləri xam neft hasilatını artırsa, bunun ciddi nəticələri olacaq.

Keçən həftə Qərb diplomatları İranın yüksək səviyyədə uran zənginləşdirməsindən narahatlıq ifadə edərək, bunun BMT sanksiyalarının pozulması olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurası uran zənginləşdirilməsi sahəsində fəaliyyətləri dayandırmadığına görə İrana qarşı sanksiyaların dörd raundunu tətbiq edib.

Avropa Birliyi təzyiqləri artırmaq məqsədilə İrandan neft ixracatına mümkün embarqo məsələsini bu ay müzakirə edəcək.

XS
SM
MD
LG