Accessibility links

İran xarici siyasətini dəyişməyəcək


İran xarici siyasətini dəyişməyəcək
İran xarici siyasətini dəyişməyəcək

İran xarici işlər naziri Mənuçeht Mottəkinin vəzifəsindən kənarlaşdırılmasından sonra nüvə və xarici siyasətində dəyişiklik edilməyəcəyini bəyan edib. Bəyanat İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst tərəfindən prezident Mahmud Əhmədinejadın Mənuçeht Mottəkini nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehinin əvəz edəcəyini deməsindən bir gün sonra səsləndirilib. Prezident bu dəyişikliyi heç nə ilə izah etməyib. İranın tələbə xəbər agentliyi isə Mehmanpərəstə istinadən dəyişikliyin adi hal olduğunu bildirib. Sineqalda rəsmi səfərdə olan Mottəki vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirməyib.

XS
SM
MD
LG