Accessibility links

İran yeni raket istehsal edib

  • Asgar Asgarov

Müdafiə Naziri Əhməd Vahidi Mersad adlı yeni raketin müasir təyyarələri orta və aşağı hündürlükdə vurma qabiliyyətinə malik olduğunu bildirir.

İran dövlət mediası xəbər verir ki, İslam Respublikası yeni havadan müdafiə rakterlərinin istehsalına başlayıb. Dövlət radio və televiziyası müdafiə naziri Əhməd Vahidiyə istinad edərək Mersad adlı yeni raketin müasir təyyarələri orta və aşağı hündürlükdə vurma qabiliyyətinə malik olduğunu bildirir. Tehranın ambisiyalı fəza və hərbi proqramı Qərb ölkələrini narahat edir. Onlar bu texnolgiyadan nüvə başlıqlarının atılması üçün istifadə ediləcəyindən ehtiyat edirlər.

XS
SM
MD
LG