Accessibility links

8 ayda İranda 300 nəfərdən çox adam edam edilib


BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid deyib ki, İranda həyata keçirilən kütləvi edamlar artıq adi hal alıb. 2011-ci ildə İranda 670 nəfər edam olunub

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid oktyabrın 22-də jurnalistlərə açıqlamasında son hesabatından danışıb.

“Media forum” saytının məlumatına görə, Əhməd Şəhid deyib ki, İranda həyata keçirilən kütləvi edamlar artıq adi hal alıb: “Son 8 ayda İranda 300 nəfərdən çox adam edam edilib. İranda azad informasiyanın yayılmasına qoyulan məhdudiyyətləri nəzərə alsaq, bu rəqəmin daha böyük olduğu təxmin edilir. Məsələ ondadır ki, İran insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmir, ona riayət etmir. İranın bu baxımdan ciddi problemi var. Təəssüflər olsun ki, qanun pozuntuları gündən-günə artır. 2011-ci ildə İranda 670 nəfər edam olunub.

İranda həmçinin həbsə salınan hüquq müdafiəçilərinə qarşı dəhşətli repressiyalar davam edir. Həmin şəxsləri dəyənəklə döyüb əzişdirir, bəzilərini isə cinsi təcavüzə məruz qoyurlar. Bəzən də onları yuxusuz saxlayaraq gecə boyunlarına kəndir keçirərək saxta edam səhnələri təşkil etməklə qorxudur, ailə üzvlərini tutub zorladıqdan sonra qətlə yetirəcəkləri kimi təhdidlərlə təzyiq göstərirlər”.

Əhməd Şəhid İranda insan hüquqlarının durumu ilə bağlı yeni hesabatını oktyabrın 11-də təqdim edib. Hesabatda İranda azərbaycanlılara qarşı təzyiqlərdən də söz açılır, bildirilir ki, bu ölkədə milli, dini azlıqlara, o cümlədən azərbaycanlılara və ərəblərə qarşı zorakılıqlar, təzyiqlər geniş vüsət alıb, xristianlar, bəhailər, digər dini qruplar, məzhəb qrupları ağır təzyiqlərə məruz qalır.
XS
SM
MD
LG