Accessibility links

Edam olunanların 10%-i, yəni 59 nəfəri əhalinin gözü qarşısında dara çəkilib

İranda 2012-ci ildə 587 nəfər edam olunub.

APA agentliyinin məlumatına görə, dara çəkilənlərin 63%-i narkotik qaçaqmalçılığında, 10%-i qətldə və 6%-i təcavüzdə ittiham olunub, 3%-nin isə nədə günahlandırıldığı məlum deyil.

Edamların əksəriyyəti Tehranda (16%), Simnan və Farsda (9%) icra edilib.
Məhbuslardan 10%-i, yəni 59 nəfəri əhalinin gözü qarşısında dara çəkilib. Onlar qətl və təcavüzdə günahlandırılan məhkumlar olublar. Ancaq İran hökuməti dünya ictimaiyyətinə icra etdiyi edamların yalnız 54%-ni açıqlayıb, qalan 46%-i isə müxtəlif insan haqları təşkilatları öz hesabatlarında dərc ediblər.

Buna baxmayaraq, rəsmi Tehran ötən il İran həbsxanalarında heç bir gizli edamın icra olunmadığını bəyan edib. Ötən il əvvəlki illə müqayisədə edamların sayında 9% artım qeydə alınıb.

Ümumilikdə İran hakimiyyəti tərəfindən ötən il 140 min vətəndaşın hüquqları pozulub. Belə ki, 15605 nəfərə qəti, 1338 nəfərə isə şərti həbs cəzası kəsilib. Eyni zamanda 448 nəfər 462 ay ictimai hüquqlardan məhrum edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən isə 2205 nəfər həbs olunub.
XS
SM
MD
LG