Accessibility links

"Həbsdə olan hərəkat liderlərinin səhhəti yaxşı deyil." [Audio]


Elçin Hatəmi
Elçin Hatəmi
İnsan haqları müdafiəçisi və siyasi fəal Elçin Hatəmi Amerikanın Səsinə müsahibədə İranda milli-mədəni fəaliyyətləri üzündən təhükəsizlik qurumları tərəfindən təqib, həbs, işgəncə və mühakiməyə məruz qalan Azərbaycan türkləri ilə bağlı son durumu şərh edib.

Elçin Hatəmi güneyli məhbusların durumunu şərh edir
please wait

No media source currently available

0:00 0:14:44 0:00

Cənab Hatəmi 28 gün aclıqdan sonra avqustun 9-da aksiyaya son qoyan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatı liderlərinin sağlıq durumlarının yaxşı olmadığını bildirib. Məhbusların ailə üzvlərinə istinad edən hüquq müdafiəçisinin sözlərinə görə aclıq aksiyasından öncə də ciddi səhət problemləri yaşayan milli fəallar aclıq keçirdikləri günlərdə mədə qanaxması kimi problemlərlə üzləşiblər.

Təbriz zindanında həbs cəzası çəkən Əziz Purvəli və Abdullah Səduqi aclığa başladıqdan sonra ümumən təhlükəli məhbuslar və narkomanların saxlanıldığı özəl bölməyə köçürülüblər.
Sabiq siyasi məhbus həmçinin Yeni GAMOH üzvlərinə dəstək məqsədi ilə təqribən bir həftə aclıq aksıyası keçirən daha iki milli fəalın vəziyyəti ilə bağlı məlumat verib. Onun dediklərinə görə, Urmiyə Gölü etirazları ilə bağlı həbs edilmiş və hazırda Təbriz zindanında həbs cəzası çəkən Əziz Purvəli və Abdullah Səduqi aclığa başladıqdan sonra ümumən təhlükəli məhbuslar və narkomanların saxlanıldığı özəl bölməyə köçürülüblər.

Türkiyədə mühacirət həyatı yaşayan güneyli fəal Qərbi Azərbaycan vilayətinin Makı və Mahabad (Soyuq Bulaq) şəhərlərində ötən həftələr ərzində bir neçə milli fəalın İnqilab Məhkəmələri tərəfindən mühakimə edildiyini bildirib.

Tikantəpəli fəallar Ramin Rzayı və Əli Hidayəti “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”, Yədulla Dəşti “İİR-a qarşı təbliğat aparmaq” və “qanunsuz qruplarda üzvlük”, Makılı fəallar Cahanbəxş Sultanzadə (Salur) , Behnam Bağıri, Hüseyn Vəlizadə və Vahid Əlizadə isə “İİR-a qarşı təbliğat aparmaq” ittihamları ilə günahlandırılıblar. Bu fəallar haqqında hələlik qəti hökm çıxarılmayıb.

Aclıq etmiş Yeni GAMOH liderləri
Aclıq etmiş Yeni GAMOH liderləri
Elçin Hatəmi ayrıca Tehran və Təbriz şəhərlərində həbsdə saxlanılan tanınmış jurnalist Səid Mətinpur və milli fəal Mehdi Həmidi Şəfiq, 27 ay həbsə məhkum edilmiş və hazırda müvəqqəti azadlıqda olan şair və yazar İlqar Müəzzinzadə, həmçinin son aylarda İran təhlükəsizli qurumları tərəfindən tutulan Məcid Sefidani, Bəhram Axuni və Nasir Kazımpur kimi fəallarla durumuna işarə edib.

Cənab Hatəminin sözlərinə görə, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikası, Türkiyə, və digər ölkələrdə mühacirət həyatı yaşayan güneyli fəalların ailələrinə qarşı basqılar son vaxtlarda artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG