Accessibility links

İranda qətlərin əksəriyyəti ərin arvadı öldürməsidir


İranda qətl
İranda qətl

Qətllərin 33 faizi ailə məsələləri ilə bağlıdır, bu qətllərdə öldürənlə öldürülən arasında ailə və ya qohumluq bağlılığı mövcuddur.

İran hüquq mühafizə qüvvələrinin bölmə rəisi Hadi Mustafayi ölkədə baş verən qətllərin motivindən danışıb.
“Media forum” saytının məlumatına görə, Hadi Mustafayi deyib ki, İranda baş verən qətllərdə ərin arvadı öldürməsi kimi cinayət hadisəsi birinci yerdədir: “Rəsmi statistikaya görə, İranda baş verən qətllərin 33 faizi ailə məsələləri ilə bağlıdır, bu qətllərdə öldürənlə öldürülən arasında ailə və ya qohumluq bağlılığı mövcuddur. Qeydə alınan qətllərin əksəri isə ərin arvadı öldürməsi ilə əlaqədardır.
Ailə daxilində baş verən qətllərin kökündə psixi xəstəliklər, narkomaniya, uyuşdurucu həblərdən istifadə olunması, maliyyə baxımından ortaya çıxan ixtilaflar və namus məsələləri dayanır”.
XS
SM
MD
LG