Accessibility links

Nazir: Urmiya gölünün qurunmasına səbəb nəzarətsiz kənd təsərrüfatı fəaliyyətidir


Urmiyə gölü quruyur

Urmiyə gölü quruyur

Gölün bərpası 10-15 il çəkəcək

Urmiya gölünün bərpası 10-15 il çəkər. APA agentliyinin məlumatına görə, bu barədə İranın energetika naziri Həmid Çitçian deyib.

Şərqi Azərbaycan vilayətindən olan parlament üzvləri ilə görüşən nazir bildirib ki, göllə bağlı səslənən bəyanatlar qeyri-real və yalandır.

Onun sözlərinə görə, Urmiya gölünün qurunmasına səbəb təbii hövzə ətrafındakı nəzarətsiz kənd təsərrüfatı fəaliyyətidir. Nazirin fikrincə, kənd təsərrüfatında suların səmərəli istifadəsi gölün tam qurumasının qarşısını alacaq.

H.Çitçian əlavə edib ki, Urmiya gölü ətrafında istifadə olunan ərazinin sahəsi son illərdə 150 000 hektardan 480 000 hektara qədər artıb: “Bu ərazilərə ildə 3,1 milyard kubmetr su sərf olunur. Gölün xilas edilməsi üçün bu qədər həcmdə su tələb olunur. İqlim dəyişiklikləri də gölün qurumasına gətirib çıxarır”.

Nazir prezident Həsən Ruhaniyə məsələ ilə məşğul olacaq məsul şəxsin təyin edilməsi ilə bağlı müraciət etdiyini bildirib.

Qeyd edək ki, yanvarın 7-də prezident Həsən Ruhani İran vilayətlərinin qubernatorları ilə görüşdə qeyd edib ki, Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb.
XS
SM
MD
LG