Accessibility links

İran hərbi gəmiləri Misirin Suveyş kanalına daxil olub


İran hərbi gəmiləri Misirin Suveyş kanalına daxil olub

İran hərbi gəmiləri Misirin Suveyş kanalına daxil olub

İran gəmilərinin İsrailin su sahillərinin yaxınlığından keçəcəyi gözlənilmir

İrana məxsus iki hərbi gəmi Aralıq dənizinə çıxmaq məqsədi ilə Misrin Suveyş kanalına daxil olub. Gəmilərin dünən kanala daxil olduğu gözlənilirdi, keçid naməlum səbəblər üzündən bu günə qədər gecikdirilib.

Gəmilərin Suriyaya təlim missiyası ilə yollandığı bildirilir.

Bu, 1979-cu ildə İran İslam inqilabından sonra ilk dəfədir ki, İran hərbi gəmiləri Sveyş kanalından keçir.

İran gəmilərinin İsrailin su sahillərinin yaxınlığından keçəcəyi gözlənilmir. Lakin İsrail liderləri hərbi gəmilərin Aralıq dənizində mövcudluğuna təhrikedici addım kimi baxdıqlarını bildiriblər.

XS
SM
MD
LG