Accessibility links

İrana qarşı dördüncü raund sanksiyalar qəbul olundu


İrana qarşı dördüncü raund sanksiyalar qəbul olundu

İrana qarşı dördüncü raund sanksiyalar qəbul olundu

Təhlükəsizlik Şurasının 15 üzvündən 12-si qətnamənin lehinə, Türkiyə və Braziliya isə əleyhinə səs verib

BMT Təhlükəsizlik Şurasının mübahisəli nüvə proqramı səbəbilə İrana qarşı 4-cü raund sanksiyalar tətbiq edilməsini təsdiq edib. Şuranın 15 üzvündən 12-si qətnamənin lehinə, Türkiyə və Braziliya isə əleyhinə səs verib. Livan isə səs vermədə iştirak etməyib. Yeni sanksiyalara İnqilab Keşikçiləri Qvardiyasının üzvləri də daxil edilməklə, İranın nüvə və ballistik raket fəaliyyətləri ilə əlaqəsi olanlara səyahət qadağaları və maliyyə məhdudiyyətləri daxildir. Qətnamə habelə Tehrana qarşı BMT-nin silah embarqosunu genişləndirir və İranın bank sektorunu hədəf alır. Məsələyə dərhal reaksiya verən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst qətnamənin qəbul olunmasını yalnış addım kimi qiymətləndirib və deyib ki, bu, nüvə məsələsini daha da qəlizləşdirəcək. ABŞ-ın BMT-dəki səfiri Susan Rayz deyib ki, qətnaməyə bir çox yeni ölçülər daxildir və o İran əhalisini yox, hökumətin nüvə amsusiyasını hədəfə alıb. Braziliyanın səfirinin sözlərinə görə isə , sanksiyalar effektiv vasitə deyil və İran xalqına əziyyət verə bilər. O həmçinin deyib ki, yeni sanksiyalar İranla Braziliya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş nüvə sazişini təhlükə altına atacaq.

XS
SM
MD
LG