Accessibility links

İrana qarşı təzyiqlər artıb

  • Amerikanın səsi

İrana qarşı təzyiqlər artıb

İrana qarşı təzyiqlər artıb

Avropa İttifaqı İranın nüvə proqramı ilə əlaqəsi olan 180 fərd və şirkətə qarşı əlavə sanksiyalar tətbiq etməklə, İrana qarşı təzyiqlərini artırıb. Qurum İranın enerji sektorunun da hədəf alınacağını bəyan edib.

Avropa İttifaqının sanksiyaları ABŞ da daxil edilməklə, beynəlxalq ictimaiyyətin son ölçülərindəndir. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramından hərbi məqsədlərlə istifadə edə biləcəyinə dair hesabatından sonra o ölkəyə qarşı təzyiqlər gücləndirilib.

Amerika İranın neft-kimya və enerji sektoruna qarşı sanksiyalar irəli sürüb. İlk dəfə olaraq ABŞ İranın Mərkəzi Bankı da daxil edilməklə, Amerika ilə biznes əlaqələri qurmağa cəhd edən bank sektorunu da hədəf alıb.

Konqres qarşısında ifadə verərkən Amerikanın maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Deyvid Kohen bildirib ki, İranın bankçılıq sistemi qlobal maliyyə sisteminə hədə törədir. O bildirib ki, Mərkəzi Bankı da daxil edilməklə, İranın maliyyə təsisatları ilə iş birliyi aparan hər bir şirkətin İranın məxfi fəaliyyətlərində əli olduğu deməkdir. Cənab Kohen əlavə edib ki, Amerika bu yolda tək addımlamır. "Böyük Britaniya və Kanada noyabr ayının 21-dən maliyyə sektorunun İrandan müdafiəsi məqsədi ilə eyni ölçülərə əl atıb"- deyə o bildirib

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, yeni ölçülər İrana qarşı təzyiqlərin ciddiliyinə işarədir. "Bizim ölkəmiz də daxil edilməklə, BMT-nin Təhlükəsizlik Şurası və bir sıra ölkə İrana qarşı sanksiyalarını günişləndirib. Bu sanksiyalar artıq təsirini göstərməkdədir. Onlar İranı beynəlxalq ictimaiyyətdən təcrid edib və İranla biznes əlaqələrini riskli, qeyri-mümkün edib".

ABŞ-ın maliyyə naziri Timoti Qaytner deyib ki, yeni sanksiyalar Amerikanın gələcək addımlarını müəyyən edəcək. "İranın siyasəti qəbuledilməzdir. İran rəhbərliyi təhlükəli kursundan dönməyincə, ona qarşı ağır iqtisadi sanksiyalar davam etdiriləcək"-deyə o qeyd edib.

XS
SM
MD
LG