Accessibility links

İranda 11 nəfər edam edilib

  • Amerikanın səsi

İranda 11 nəfər edam edilib

İranda 11 nəfər edam edilib

İranın bir sıra şəhərlərində beşi qadın olmaqla 11 adam asılmaqla edam edilib. Rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumatlara görə, onlar müxtəlif cinayətlərə görə edama məhkum ediliblər. Edam olunanlardan biri Qəzvin şəhərində beş qadının ölümündə günahkar bilinən qatil olub. Şirazda edam olunan dörd nəfər isə silah basqın və insanların oğurlanmasına görə ölüm cəzasına məhkum edilmişdir. İnsan hüquqları qrupları İranı dünyada Çindən sonra ölüm hökmünün icra edildiyi ikinci ölkə kimi göstərir. İran ədliyyə sisteminə qarşı yönəlmiş təndiqləri rədd edir.

XS
SM
MD
LG