Accessibility links

İranda 25 nəfər dar ağacından asılıb


İranda 25 nəfər dar ağacından asılıb
İranda 25 nəfər dar ağacından asılıb

Məhbuslar iyulun 3-də Kərəc şəhərindəki “Qızıl hasar” zindanında kollektiv şəkildə dar ağacından asılıb

İranda əksəriyyəti narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş 25 nəfər dar ağacından asılıb. Hadisə iki gün əvvəl baş versə də, xəbər bu gün yayılıb.

“Media forum” saytı İran İnsan Hüquqları Beynəlxalq Kampaniyasına istinadla xəbər verir ki, 25 məhbus iyulun 3-də Kərəc şəhərindəki “Qızıl hasar” zindanında kollektiv şəkildə dar ağacından asılıb.

Bildirilir ki, kimliyi bəlli olmayan məhbuslar ailə üzvlərinin, eləcə də vəkillərinin xəbəri olmadan edam edilib.

XS
SM
MD
LG