Accessibility links

İranda 3 siyasi qurumun deputatlığa namizəd irəli sürməsinə qadağa qoyulub


İranda 3 siyasi qurumun deputatlığa namizəd irəli sürməsinə qadağa qoyulub

İranda 3 siyasi qurumun deputatlığa namizəd irəli sürməsinə qadağa qoyulub

Bunlar Müşarikət Cəbhəsi Partiyası, İslam İnqilab Mücahidlər Təşkilatı və İran Azadlıq Hərəkatıdır.

Noyabrın 2-də jurnalistlərə açıqlama verən İran parlamenti seçki qərargahının rəisi Solət Mürtəzəvi parlament seçkisinə 3 siyasi qurumun - Müşarikət Cəbhəsi Partiyası, İslam İnqilab Mücahidlər Təşkilatı və İran Azadlıq Hərəkatının namizəd irəli sürməsinə qadağa qoyulduğunu bildirib.

Parlament seçkisinə qatılmasına qadağa qoyulan hər üç islahatçı siyasi qurum bundan əvvəl ayrı-ayrı vaxtlarda hakimiyyətdə təmsil olunub. İran parlamentinə seçki 2012-ci ilin mart ayında keçiriləcək.

“Media forum” saytının məlumatına görə, Solət Mürtəzəvi deyib: “Daxili İşlər Nazirliyi bu qrupları ləğv olunmuş siyasi cərəyanlar siyahısına salıb. Onların fəaliyyət aparmaq üçün hər hansı lisenziyası yoxdur və İran parlamentinə növbəti seçkiyə qatıla, namizəd irəli sürə bilməyəcəklər”.

XS
SM
MD
LG