Accessibility links

İranda 80 yaşlı azərbaycanlı fəalı zindanda döyüblər


İranda 80 yaşlı azərbaycanlı fəalı zindanda döyüblər
İranda 80 yaşlı azərbaycanlı fəalı zindanda döyüblər

80 yaşlı Məhəmməd Mehrfam bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq saatlarla fiziki təzyiq altında dindirilib.

Azərbaycanlı siyasi məhbus ailələrinə maddi yardım göstərdiyinə görə təbrizli fəal, mühəndis Məhəmməd Mehrfamı Təbriz zindanının ETTELAAT-ın nəzarətində olan 37-ci korpusuna çağırıb döyüblər.

“Media forum” saytının məlumatına görə, 80 yaşlı Məhəmməd Mehrfam bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq saatlarla fiziki təzyiq altında dindirilib.

Məhəmməd Mehrfam bundan əvvəl də azərbaycanlı siyasi məhbus ailələrinə göstərdiyi maddi yardıma görə dəfələrlə ETTELAAT-a çağırılaraq təhdid edilib, təzyiqə məruz qalıb.

XS
SM
MD
LG