Accessibility links

İranda şagirdlər icbari olaraq namaz qılacaq


İranda şagirdlər icbari olaraq namaz qılacaq

İranda şagirdlər icbari olaraq namaz qılacaq

Bütün məktəb direktorları şagirdlərin namaz qılması üçün hər gün 20 dəqiqə vaxt ayırmalı, müəllimlərlə şagirdlər həmin vaxtda namaz qılmalıdır.

İran İslam Respublikasının Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin namaz qılmasının icbari olması barədə qərar qəbul edib.

“Media forum” saytı xəbər verir ki, bunu Təhsil Nazirliyinin orta məktəblər üzrə bölməsinin rəhbəri Mənuçehr Fəzli Xani açıqlayıb.

O bildirib ki, yeni dərs ilindən namaza xüsusi önəm veriləcək, məktəblərdə hər gün şagirdlər üçün namaz zəngi çalınacaq: “Yeni dərs ilində bütün orta məktəblərdə namaz zəngi icbari olacaq. Bütün məktəb direktorları şagirdlərin namaz qılması üçün hər gün 20 dəqiqə vaxt ayırmalı, müəllimlərlə şagirdlər həmin vaxtda namaz qılmalıdırlar.

Biz bu məsələni ciddi şəkildə nəzarət altında saxlayacaq, proqramın həyata keçirilməsini təmin edəcəyik. Ümid edirik ki, namaz zəngi çalınanda bütün şagirdlər namazlarını qılacaqlar. Bununla da cəmiyyətdə namaz mədəniyyətinin yayılmasına şahid olacağıq”.

İranda yeni dərs ili miladi tarixlə sentyabrın 23-dən başlanır. Bu il sentyabrın 23-ü İranda istirahət günü olan cümə gününə düşdüyündən dərslər sentyabrın 24-dən başlanacaq.

XS
SM
MD
LG