Accessibility links

İranda Azərbaycan türkcəsində ölüm elanı verən vətəndaş təqiblə üzləşir (AUDİO)

  • Insafəli Hidayət
  • Əsgər Möhsümoğlu

İran Azərbaycanında hətta ölüm elanlarının doğma dildə verilməsi insanın zindana salınması ilə nəticələnə bilər. Atasının vəfatını tanışlara xəbər verən Mustafa Əvəzpur bu yaxınlarda məhkəmə binasına çağırılıb və hakim tərəfindən sorğu-suala çəkilib. Bölücülükdə ittiham olunan Əvəzpur Azərbaycan türkcəsindən istifadənin debata açıq olmaqdını deyir. “Biz bu dildən həmişə isitfadə etmişik, yenə də istifadə edəcəyik,” deyə Amerikanın Səsi ilə danışan Mustafa Əvəzpur bildirib. Söhbətə milli-mədəni hüquqlar uğrunda fəal Həsən Dəmirçi də qatılıb.

XS
SM
MD
LG