Accessibility links

İranda azərbaycanlı alim Eliza İsmayılova oğurlanıb


İranda azərbaycanlı alim Eliza İsmayılova oğurlanıb
İranda azərbaycanlı alim Eliza İsmayılova oğurlanıb

Alimin həyat yoldaşının fikrinə görə İranda bu işi ancaq ETTELAT üzvləri edə bilər

Bu gün səhər radələrində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının icraçı direktoru, fəlsəfə elmləri doktoru Eliza İsmayılova Təbriz şəhərində qaldığı evdən naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə məlumatı “Amerikanın Səsi” radiosuna Eliza İsmayılovanın həyat yoldaşı Sayman Arzu verib. Onun sözlərinə görə, Elza İsmayılova Tehrana müalicə məqsədiylə gedib.

“Bu gün səhər saat 8-9 radələrində həyat yoldaşımın oğurlanması ilə bağlı xəbər aldıq. Həyat yoldaşımla birgə mənim atam da naməlum şəxslər tərəfindən oğurlanıb. Sonradan aldığım məlumata görə, atam azad edilib. Amma həyat yoldaşımdan heç bir xəbər yoxdur. Harada saxlandığı da məlum deyil. İranda bu işi ancaq ETTELAT üzvləri edə bilər. Yoldaşımın həbsinə isə heç bir səbəb yoxdur.”

Sayman Aruz hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırır. Azərbaycan vətəndaşı olan Eliza İsmayılova Güney Azərbaycanlı şair Sayman Aruzla ailə həyatı qurub. Eliza İsmayılova Azərbaycanda elmi sahədə araşdırmalar aparıb. Bir çox elmi məqalələrin və monoqrafiyaların müəllifidir.

XS
SM
MD
LG