Accessibility links

Azərbaycanlı fəal bir neçə ay əvvəl tutularkən mənzilindən götürülmüş əşyalarının geri qaytarılması üçün ETTELAAT-ın Təbriz şöbəsinə gedibmiş.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Behnam Şeyxi yoxa çıxıb. Hadisə bir həftə əvvəl baş versə də, xəbər yeni yayılıb.

“Media forum” saytının məlumatına görə, Behnam Şeyxi aprelin 2-də Ərdəbildə atasının evindən çıxıb Təbrizə gedərkən yoxa çıxıb. Azərbaycanlı fəal bir neçə ay əvvəl tutularkən mənzilindən götürülmüş şəxsi vəsaitlərinin geri qaytarılmasının mümkün olub-olmadığını soruşmaq üçün ETTELAAT-ın Təbriz şöbəsinə gedibmiş.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları 2011-ci il oktyabrın 12-də Behnam Şeyxini evindən tutub aparmışdılar. Behnam Şeyxinin mənzilində və mağazasında axtarış aparılmış, ona məxsus kompüter, CD-lər, kitablar, əlyazmalar və bir sıra digər əşyalar götürülmüşdü.

Azərbaycanlı fəal az müddət saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa çıxsa da, bir ay əvvəl Tehran məhkəməsi onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğatda günahlandıraraq 5 il müddətinə şərti həbs cəzasına məhkum etmişdi.

XS
SM
MD
LG