Accessibility links

İranda azərbaycanlı fəala işgəncə verilib


İranda azərbaycanlı fəala işgəncə verilib

İranda azərbaycanlı fəala işgəncə verilib

Aclıq nəticəsində kəskin zəifləyən Yunis Süleymani xəstəxanaya aparılıb və burada təzyiqlər altında aclığı dayandırmaq məcburiyyətində qalıb.

Ərdəbil zindanında saxlanan azərbaycanlı fəal Yunis Süleymaninin istintaq zamanı döyüldüyü haqda məlumat yayılıb.

“Media forum” saytı xəbər verir ki, Ərdəbil zindanının ağır şəraitinə, ardıcıl dindirilməsinə və şəxsi əşyalarının götürülməsinə etiraz olaraq bir neçə gündür aclığa başlayan Yunis Süleymanini fiziki işgəncəyə məruz qoyublar.

Aclıq nəticəsində kəskin zəifləyən Yunis Süleymani xəstəxanaya aparılıb və burada təzyiqlər altında aclığı dayandırmaq məcburiyyətində qalıb. Azərbaycanlı fəalın səhhətində ciddi problemlər yarandığı bildirilir.
ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları 2011-ci il iyunun 17-də “İldırım” adlı tələbə jurnalının keçmiş redaktoru Yunis Süleymanini atasının mənzilindən aparmışdılar. Fəal 5 ay həbsdə saxlanmış, həmin ilin noyabr ayında 220 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılsa da, dekabrın 25-də yenidən tutulub. Həmədan Universitetindən də qovulduğu deyilən Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

XS
SM
MD
LG