Accessibility links

İranda bəhai dininə mənsub vətəndaşlara təzyiqlər davam edir


İranda bəhai dininə mənsub vətəndaşlara təzyiqlər davam edir

İranda bəhai dininə mənsub vətəndaşlara təzyiqlər davam edir

İran bəhailərin yeni həbsinə başlayıb. Bir nəfər həbs edilib, digəri isə axtarılır

ETTELAAT-ın əməkdaşları aprelin 9-da Mazandaran əyalətinin mərkəzi Sari şəhərində bəhai olduğuna görə yenicə təhsildən məhrum edilmiş Sara Məhbubinin atası mənzilinə gələrək onu tutub bilinməz istiqamətə aparıblar. Bu barədə “Media forum” saytı məlumat yayıb.

Evdə axtarış aparılıb, Saraya məxsus kompüter, CD-lər və digər şəxsi əşyaları götürülüb. Bir il əvvəl də tutulub 24 günlük həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılan Sara Məhbubi bəhai olmaqda, eləcə də “Facebook” sosial şəbəkəsinə üzv olmaqda günahlandırılır.

ETTELAAT-ın Sari şöbəsinin əməkdaşları həmin gün digər bəhai Dərsa Sübhanini tutmaq üçün onun qaldığı mənzilə gəlsələr də, o, həmin vaxt səfərdə olub. Evdə axtarış aparılıb, Dərsaya məxsus kompüter, CD-lər, noutbuk və başqa şəxsi əşyaları götürülüb. Dərsa Sübhani 2009-cu ildə tutulub 25 gün həbsdə saxlansa da, sonradan mülk girovu qarşılığında müvəqqəti azadlığa çıxıb.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər bu ölkədə 200-dən çox bəhai edam olunub.

XS
SM
MD
LG