Accessibility links

İranda bu gün təhlükəsizliyi pozanlar bayram günlərində həbsdə olacaq


İranda bu gün təhlükəsizliyi pozanlar bayram günlərində həbsdə olacaq

İranda bu gün təhlükəsizliyi pozanlar bayram günlərində həbsdə olacaq

Bir neçə gün əvvəldən İran müxalifəti martın 15-də hakimiyyətə qarşı etiraz aksiyası keçirəcəyini, həmin günə təsadüf edən axır çərşənbə mərasimini isə bütün məhdudiyyət və qadağalara baxmayaraq təntənəli şəkildə qeyd edəcəyini bildirib

İran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan martın 15-i ilaxır çərşənbə günü bayram mərasimində kim təhlükəsizliyi pozsa, Novruz bayramının bütün istirahət günlərini həbsdə keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bir neçə gün əvvəldən İran müxalifəti martın 15-də hakimiyyətə qarşı etiraz aksiyası keçirəcəyini, həmin günə təsadüf edən axır çərşənbə mərasimini isə bütün məhdudiyyət və qadağalara baxmayaraq təntənəli şəkildə qeyd edəcəyini bildirib.

“Media forum” saytının məlumatına görə, axır çərşənbənin qeyd olunmasının əleyhinə çıxmadığını vurğulayan polis generalı Əhmədrza Radan deyib ki, valideynlər öz övladlarının yanında olmalı, onların hərəkətinə nəzarət etməlidir. “Hüquq mühafizə qüvvələri sabitliyi və əmin-amanlığı pozanlara qarşı çox kəskin davranacaq. Məhkəmə Sistemi rəsmiləri ilə razılaşdırdığımıza görə ilin axır çərşənbə mərasimində ölkənin təhlükəsizliyini və sabitliyini pozanlar tutulduqdan sonra Novruz bayramının bütün istirahət günlərini həbsdə saxlanacaqlar”.

XS
SM
MD
LG