Accessibility links

İranda daha 10 nəfər edam edilib


İranda daha 10 nəfər edam edilib
İranda daha 10 nəfər edam edilib

İranın dövlət mediası narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan 10 nəfərin asılmaqla edam edildiyini bildirib. İnsan haqları qruplarının məlumatlarında İranda bu il edam edilənlərin sayının 57-yə çatdığı deyilir. Dövlət mediası narkotik maddə alveri ilə məşğul olanların Tehranın qərbindəki Karac şəhərinin həbsxanasında edam edildiklərini bildirib.

Baş qərargahı Birləşmiş Ştatlarda yerləşən İnsan Haqları üzrə Beynəlxalq Kampaniya təşkilatının İran ofisinin məlumatına görə 2011-ci ildə İranda hər 8 saatdan bir insan edam edilir. Bununla yanaşı qrup deyir ki, edam edilənlərin sayı daha yüksək ola bilər.

İranda edam edilənlərin çoxu narkotik maddə qaçaqmalğılığı ilə məşğul olanlardır.

XS
SM
MD
LG