Accessibility links

İranda daha iki nəfər edam edilib


İranda daha iki nəfər edam edilib

İranda daha iki nəfər edam edilib

İran dövlət mediasının bildirdiyinə görə, İsrailin Mossad kəşfiyyat xidmətinə casusluqda ittiham edilən bir adam da daxil olmaqla, iki nəfər edam edilib. İRNA xəbər agentliyi 2005-ci ildən etibarən Mossad təşkilatı ilə əlaqəsi olduğu deyilən Əli Əkbər Siadatın bu gün asılmaqla edam edildiyini bildirib. Xəbərdə İran barədə məlumatı Tel Əvivə çatdırdığına görə, Siadata 60 000 dollar məbləğində pul verildiyi deyilir. Siadatın İsrailə İranın döyüş təyyarələri və digər hərbi məlumatları çatdırdığı deyilir. Edam edilən ikinci şəxs, Əli Sareminin isə İrana qarşı mübarizə aparan və ədavət xüsusiyyətli məlumatlar yayan Xalq Mücahiddinləri adlı terrorçu qrupun üzvü olduğu deyilir.

XS
SM
MD
LG