Accessibility links

İranda dörd jurnalist tutulub


İranda dörd jurnalist tutulub
İranda dörd jurnalist tutulub

Tutulan Əli Əkrəmi, Mehdi Əfşar Nik, Məhəmməd Heydəri və Möhsün Həkimi islahatçı qəzetlərin müxbirləridir.

İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən dörd jurnalist - Əli Əkrəmi, Mehdi Əfşar Nik, Məhəmməd Heydəri və Möhsün Həkimi tutulub.

“Media forum” saytının məlumatına görə, jurnalistləri oktyabrın 5-də ETTELAAT əməkdaşları Tehranda həbs edib.

ETTELAAT əməkdaşları Əli Əkrəmi və Mehdi Əfşar Niki yaşadıqları mənzillərdə tutublar. Hər iki jurnalistin evində axtarış aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb.

“Etimad” qəzetinin əməkdaşı Mehdi Əfşar Nik 2009-cu ildə keçirilən prezident seçkisi zamanı müxalif lider Mehdi Kərrubinin seçki qərargahının üzvü olub. Mehdi Kərrubi hazırda ev dustaqlığında saxlanır.

Məhəmməd Heydəri və Möhsün Həkiminin hansı şəraitdə tutulduğu haqda məlumat yoxdur.

Jurnalistlərin konkret nədə günahlandırıldığı və hazırda harada saxlandıqları bilinmir.

XS
SM
MD
LG