Accessibility links

İranda gənc bəhai qadınların harada saxlanmasından xəbər yoxdur


İranda gənc bəhai qadınların harada saxlanmasından xəbər yoxdur

İranda gənc bəhai qadınların harada saxlanmasından xəbər yoxdur

ETTELAAT əməkdaşları 40 nəfər bəhainin evində axtarış apararaq daha 14 nəfəri tutub. Saxlananlardan 4-ü sonradan mülk girovu qarşılığında azadlığa buraxılıb. Əfruz Fərmanbordari və Nuşin Xadimdən başqa digərlərinə evlərinə zəng vurub özləri haqda məlumat verməyə icazə verilib.

Bir ay əvvəl İranın Kərəc şəhərində tutulan gənc bəhai qadınlar Əfruz Fərmanbordari ilə Nuşin Xadimin harda saxlanması barədə hələ də məlumat yoxdur.
“Media forum” saytı İranda “İnsan Hüquqları Evi” xəbər agentliyinə (“Rahana”) istinadla xəbər verir ki, ETTELAAT-ın Kərəc şöbəsinin əməkdaşları mayın 22-də sübh saatlarında şəhərin Gövhərdəşt məntəqəsində yaşayan Əfruz Fərmanbordari ilə Nuşin Xadimi evlərində tutub bilinməz istiqamətə aparıblar.
Hər iki evdə axtarış aparılıb, bəhailərə məxsus kompüterlər, kitablar, CD-lər, fotoalbomlar və bir sıra digər şəxsi əşyalar götürülüb. Bildirilir ki, ETTELAAT əməkdaşları həmin tarixdə digər 40 nəfər bəhainin evində axtarış apararaq daha 14 nəfəri tutublar. Saxlananlardan 4-ü sonradan mülk girovu qarşılığında azadlığa buraxılıb. Əfruz Fərmanbordari və Nuşin Xadimdən başqa digərlərinə evlərinə zəng vurub özləri haqda məlumat verməyə icazə verilib.
“Rahana” harda saxlandığı bəlli olmayan hər iki bəhai ailəsinin hazırda ciddi narahatlıq keçirdiyini vurğulayır.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.

XS
SM
MD
LG