Accessibility links

İranda “halal internet” şəbəkəsi fəaliyyətə başlayacaq


İranda “halal internet” şəbəkəsi fəaliyyətə başlayacaq
İranda “halal internet” şəbəkəsi fəaliyyətə başlayacaq

İran rəsmisi bildirib ki, ölkədə əxlaqsız saytlardan təmizlənmiş ilk halal internet şəbəkəsi fəaliyyətə başlayacaq. Halal internet şəbəkəsini genişləndirib müsəlman və qonşu ölkələri də ona qoşmaq olar.

İranın birinci vitse-prezidentinin iqtisadi siyasət üzrə müavini Əli Ağa Məhəmmədi aprelin 15-də jurnalistlərə açıqlamasında ölkədə yaxın zamanlarda “halal internet” şəbəkəsinin istifadəyə veriləcəyini bildirib.

“Media forum” saytının məlumatına görə, Əli Ağa Məhəmmədi deyib ki, “halal internet” şəbəkəsinin işə salınması ideyasını Çində tətbiq olunan daxili internet təcrübəsindən götürüblər: “Ölkədə əxlaqsız saytlardan təmizlənmiş ilk halal internet şəbəkəsi fəaliyyətə başlayacaq. Halal internet şəbəkəsini genişləndirib müsəlman və qonşu ölkələri də ona qoşmaq olar.

Əli Ağa Məhəmmədi “daxili və halal internet”lə yanaşı beynəlxalq internetin də fəaliyyətinin davam edəcəyini vurğulayıb.

XS
SM
MD
LG