Accessibility links

İranda həbsdə olan amerikalılar anaları ilə görüşüb


Amerikalı səyahətçilərin anaları bir daha İran hökumətini övladlarını azad etməyə çağırmışlar

Ötən ilin iyulunda İranda sərhədi keçərkən həbs edilən üç amerikalının bu ölkəyə səfər edən analarının övladları ilə görüşdükləri bildirilir. İranın dövlətə məxsus Press-TV kanalı bu gün Şeyn Bauer, Sara Şord və Coş Fattalın anaları ilə Tehran mehmanxanasında görüşdükləri emosional kadrları nümayiş etdirib.

Sara Şord müxbirlərə deyib ki, onunla həbsxanada yaxşı davranılmış, lakin o, digər iki amerikalıdan ayrı saxlanmışdır. Amerikalı səyahətçilərin anaları bir daha İran hökumətini humanitar addım ataraq övladlarını azad etməyə çağırmışlar.

XS
SM
MD
LG