Accessibility links

İranda həbsdə olan amerikalıların məhkəməsi başlayır


İranda həbsdə olan amerikalıların məhkəməsi başlayır
İranda həbsdə olan amerikalıların məhkəməsi başlayır

Iranda casusluqda şübhəli bilinib saxlanılmış iki amerikalı səyyahın məhkəmə dinləməsi iyulun 31-nə təyin olunub. Saxlanılanların vəkili Məsud Şəfili “Amerikanın səsi” radiosuna deyib ki, məhkəmə prosesisin vaxtı barədə rəsmi bildirişi iyunun 20-də alıb. Dinləmə amerikalıların saxlanmasının ikinci ildönümünə təsadüf edir.

2009-cu ildə İran hökuməti amerikalı Sara Şourd, Coş Fatal və Şeyn Brauri İrana qanunsuz keçdiklərinə görə həbs edib. İttihama görə, onlar İrana İraq ərazisindən keçiblər.

Tutulanlardan biri- Şourdu keçən il zaminə buraxılıb, qalan ikisi hələ də həbsdədir. Şourd azadlığa çıxandan sonra deyib ki, həbsxana gözətçiləri içəridə qalan iki amerikalını təhqir edir, onlara işgəncə verir.

Keçən həftə İranın baş prokuroru deyib ki, amerikalıların məhkəməsi yay ərzində - iyunun sonundan avqustun sonuna qədər olan müddətdə yenidən başlayacaq.

İranın dövlət mediasının yazdığına görə, baş prokuror Abbas Cəfəri Dolatabi amerikalılara həbsdə işgəncə verilməsi haqda ittihamı rədd edərək deyib ki, o, məhkəmənin həmin məhbusların taleyinə aydınlıq gətirəcəyinə inanır.

İran hökuməti Fəttal və Baurlə çox məhdud şəkildə əlaqə saxlanmasına imkan verib.

Amerikalılara ailələri ilə əlaqə saxlamağa iki ildə üç dəfə icazə verilib. Məhbusların hər ikisinin anası deyir ki, onlar oğulları ilə beş dəqiqə danışa biliblər, hər ikisinin səsi telefonda gümrah gəlirmiş.

XS
SM
MD
LG