Accessibility links

İranda həbsdə olan iki alman jurnalisti ailə üzvləri ilə görüşüb

  • Amerikanın səsi

İranda həbsdə olan iki alman jurnalisti ailə üzvləri ilə görüşüb

İranda həbsdə olan iki alman jurnalisti ailə üzvləri ilə görüşüb

İranda həbsdə olan iki alman jurnalisti ailə üzvləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün müxbirlərə bildirib ki, jurnalistlərin ailələri ilə görüşü dünən Təbriz həbsxanasında olub. İranın İRNA xəbər agentliyinin məlumatına görə, İranın müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərin qohumları ilə görüşüb. Almaniyanın xarici işlər naziri Guido Vestervelle Salehiyə təşəkkür məktubu ünvanlayıb. Nazir İranı bir daha jurnalitlərin azad edilməsinə çağırıb. İranda jurnalistlər daşlanmaqla ölümə məhkum edilən Səkinə Məhəmmədi Aştiyani ilə bağlı məlumat toplayarkən həbs edilmişdi. İran rəsmiləri onların ölkəyə jurnalist deyil, turist vizası ilə daxil olduğunu bildirmişdi.

XS
SM
MD
LG