Accessibility links

İranda həbsdə saxlanan azərbaycanlı jurnalistin səhhəti pisləşib


İranda həbsdə saxlanan azərbaycanlı jurnalistin səhhəti pisləşib
İranda həbsdə saxlanan azərbaycanlı jurnalistin səhhəti pisləşib

Ağır psixi təzyiqlər altında saxlanan fəal ağciyərindən əziyyət çəkir, tənəffüsündə çətinlik var.

ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanan azərbaycanlı jurnalist və fəal Həsən Ərkin səhhətində ciddi problem yaranıb. “Media forum” saytının məlumatına görə, ağır psixi təzyiqlər altında saxlanan fəal ağciyərindən əziyyət çəkir, tənəffüsündə çətinlik var.

ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək Həsən Ərki 30-a yaxın digər azərbaycanlı fəalla birlikdə tutub.

Məhbus jurnalistin konkret nədə günahlandırıldığı bilinmir.

XS
SM
MD
LG