Accessibility links

İranda həbsdə saxlanılan amerikalı turist vətənə qayıdıb


Sarah Şour bu gün anası ilə birlikdə paytaxt Vaşinqtonun Dulles Beynəlxalq hava limanına gəlib

Bir ildən çox İranda həbsdə saxlanılan amerikalı turist vətənə qayıdıb. Sarah Şourdun dostları deyir ki, o, bu gün anası ilə birlikdə paytaxt Vaşinqtonun Dulles Beynəlxalq hava limanına gəlib. Bu gün Nyu-York şəhərində onun mətbuat konfransı keçirəcəyi gözlənilir. ABŞ-a çatmamışdan əvvəl Şourd Omana, oradan da Birləşmiş Ərəb Əmirliklərinə getmişdi. O, Omanda qısa açıqlama verərək bu ölkəyə qonaqpərvərliyinə görə təşəkkür etmişdi. Şourd habelə, hələ də İranda həbsdə qalan nişanlısı Şeyn Bauer və digər həmkarları Coş Fatalın azad olunması üçün dua etdiyini bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG