Accessibility links

İranda hökumətpərəst qüvvələr müxalifət liderlərinin edamına çağırır


Müxalifət tərəfdarları Tehranda anti-hökumət nümayişləri zamanı qətlə yetirilmiş tələbə Sani Jalənin dəfn mərasimində iştirak edirlər.

Müxalifət tərəfdarları Tehranda anti-hökumət nümayişləri zamanı qətlə yetirilmiş tələbə Sani Jalənin dəfn mərasimində iştirak edirlər.

Tehranda namaz qılan minlərlə dindar iki müxalifət liderinin edam olunmasına çağırıb. Bu çağırış cümə günü planlaşdırılan hökumətpərəst nümayişlər ərəfəsində səsləndirilib.

İbadətçilər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin ölümünə çağırıblar. Tehran Universitetindəki dini mərasimdə Ayətulla Əhməd Cənnəti ibadətçilərə bildirib ki, Musəvi və Kərrubi artıq "ölüdürlər", çünki onlar öz hörmətlərini və nüfuzlarını itiriblər.

Yaşıl Hərəkatın liderlərinə çevrilən bu şəxsiyyətlər 2009-cu il prezident seçkiləri zamanı Mahmud Əhmədinejadın rəqibləri idilər. Onlar hazırda ev dustağıdırlar.

İran ədliyyə qurumunun rəhbəri Ayətulla Sadiq Laricani deyib ki, təhlükəsizlik qüvvələri bazar gününə planlaşdırılan anti-hökumət nümayişdə liderlərin nitq söyləməsinə imkan verməyəcək. Ayətulla Laricani habelə “xəyanətkarların” mühakimə olunacağını bildirib. “Vətənə xəyanət” maddəsi İranda edamla cəzalandırılır.

XS
SM
MD
LG