Accessibility links

İranda həyata keçirilən bomba hücumlarında şübhələnilənlər həbs edilib


İntiharçı bomba hücumlarının məsuliyyətini sünnilərin Cundulla qrupu öz üzərinə götürüb

İranın ədliyyə rəsmilərinin bildirdiyinə görə, bu ay Zahidan şəhərində 27 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən iki intiharçı bomba hücumunda əli olmaqda şübhələnilən 9 nəfər həbs edilib. Zahidan şəhərinin prokuroru Məhəmməd Mərziyeh dünən İranın tələbə xəbər agentliyinə müsahibəsində Böyük Məscidin yaxınlığında həyata keçirilən hücumlarına görə həbs edilənlərdən 7-nin sübhəli, ikisinin isə günahkar olduğunu deyib.

Müstəntiqlər hədəfin Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynə həsr edilmiş günü qeyd etməyə gələnlərin olduğunu deyirlər. İyul ayının 15-də həyata keçirilən bomba hücumlarının məsuliyyətini sünnilərin Cundulla qrupu öz üzərinə götürüb.

XS
SM
MD
LG