Accessibility links

İranda iftar süfrəsi zamanı həbs olunan 15 azərbaycanlı məhkum edilib


İranda iftar süfrəsi zamanı həbs olunan 15 azərbaycanlı məhkum edilib
İranda iftar süfrəsi zamanı həbs olunan 15 azərbaycanlı məhkum edilib

Təbriz məhkəməsi iftar süfrəsində tutulanları 4 ay müddətinə həbsə məhkum edib.

Üç həftə əvvəl İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə tutulan 15 azərbaycanlı fəal barədə həbs qərarı çıxarılıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək azı 30 fəalı tutub, naməlum istiqamətə aparmışdılar.

“Media forum” saytının məlumatına görə, Təbriz məhkəməsi iftar süfrəsində tutulan İlqar Kərimi, Əhməd Əlizadə, Əli Şirnak, Məhəmməd Əlimuradi, Yasər Salmani Rzayi, Abdulla Səduqi, Mustafa Əvəzpur, Fərzad Məhdəvi, Yusif Sələhşur, Mehdi Mühaciri, Qadir Novruzi və adları bilinməyən daha 4 fəalın hər birini 4 ay müddətinə həbsə məhkum edib.

Azərbaycanlı fəalların ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandırıldığı bildirilir.

Saytın digər xəbərində isə deyilir ki, sentyabrın 12-də Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist və hüquq müdafiəçisi İbrahim Rəşidi (Savalan) Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etirazlara görə tutulub.

XS
SM
MD
LG