Accessibility links

İranda internet-klublar nəzarətə götürülüb


İranda internet-klublar nəzarətə götürülüb

İranda internet-klublar nəzarətə götürülüb

Iranın Kiber Polis İdarəsi internetdən istifadə edən hər bir şəxsin adını, soyadını, ev və mobil telefon nömrəsini qeyd etmələri tələb olunur.

Iranın Kiber Polis İdarəsi (FTA) 20 maddəlik platforma hazırlayıb. APA Agentliyinin məlumatına görə və Məşrik Newsün xəbərinə görə platformada hər bir internet-klubunu işlədənin şəxsiyyət vəsiqəsi olmayan vətəndaşları içəriyə buraxmamaları, eyni zamanda internetdən istifadə edən hər bir şəxsin adını, soyadını, ev və mobil telefon nömrəsini, vətəndaşlıq nömrəsini qeyd etmələri yazılıb. Bu məlumatlar altı ay saxlanmalıdır. Bundan əlavə, hər bir internet-klub videokamera ilə təchiz olunmalıdır. Görüntülər də 6 aydan çox sistemin yaddaşında qalmalıdır. Bu tələbləri yerinə yetirməyən internet-klub bağlanacaq və onun sahibi ciddi cəzalandırılacaq.

XS
SM
MD
LG