Accessibility links

İranda islahatçı tərəfdarı jurnalistlər tutulub


İranda islahatçı tərəfdarı jurnalistlər tutulub

İranda islahatçı tərəfdarı jurnalistlər tutulub

Hər iki jurnalist ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılır.

İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən gənc jurnalistlər Pərəstu Dokuhəki və Mərziyə Rəsuli tutulub. Xəbər yanvarın 18-də yayılıb.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran bölməsinin əməkdaşları yanvarın 15-i axşam saatlarında bloqçu və araşdırmaçı Pərəstu Dokuhəkini mənzilində tutub aparıblar. Evdə axtarış aparılıb, jurnalistə məxsus kompüter və digər şəxsi əşyalar götürülüb. Onun Tehranın Evin zindanında saxlandığı bildirilir.
ETTELAAT əməkdaşları digər islahatçı jurnalist Mərziyə Rəsulini yanvarın 17-də mənzilində tutub Tehranın Evin zindanına aparıblar. Onun da evində axtarış aparılıb, jurnalistə məxsus kompüter, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.
Hər iki jurnalistin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığı bildirilir.

XS
SM
MD
LG