Accessibility links

İranda jurnalist və siyasi fəal tutulub


İranda jurnalist və siyasi fəal tutulub
İranda jurnalist və siyasi fəal tutulub

ETTELAAT-ın İsfahan şöbəsinin əməkdaşları Fərid Salavatini iyunun 12-si axşam saatlarında evindən aparıb. Evdə axtarış aparılıb, jurnalistə məxsus bir sıra şəxsi əşyalar götürülüb.

İranda islahat tərəfdarı olan jurnalist və siyasi fəal Fərid Salavati tutulub.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) İsfahan şöbəsinin əməkdaşları Fərid Salavatini iyunun 12-si axşam saatlarında evindən tutub bilinməz istiqamətə aparıblar. Evdə axtarış aparılıb, jurnalistə məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Jurnalistin konkret hansı ittihamla tutulduğu bilinmir.

XS
SM
MD
LG