Accessibility links

İranda kamikadze hücumu


İranda kamikadze hücumu
İranda kamikadze hücumu

İran mətbuatının bildirdiyinə görə,cənub Çahbahar şəhərində kamikadze hücumu 38 adamın ölümünə səbəb olub. Partlayış insanların Aşura mərasiminə toplaşdığı məscid yaxınlığında baş verib. İlkin məlumatlara görə, partlayışdan sonra polis bir şübhəlini ələ keçirməyə nail olub. Hadisə zamanı 50-dən artıq adamın yaralandığı bildirilir. Sistan-Bəlucistan vilayətinin Çahbahar şəhəri Pakistanla həmsərhəd bölgədə yerləşir. Hücumun məsuliyyətini Cundallah qrupu üzərinə alıb.

XS
SM
MD
LG