Accessibility links

İranda Mirhüseyn Musəvinin tərəfdarına 50 şallaq vurulub


İranda Mirhüseyn Musəvinin tərəfdarına 50 şallaq vurulub

İranda Mirhüseyn Musəvinin tərəfdarına 50 şallaq vurulub

Süməyyə Tövhidlu şallaq zərbələri vurulduqdan sonra bloqunda belə yazıb: “Sən sevinə bilərsən. Niyyətin məni təhqir etmək idi. Etiraf edirəm ki, təhqir olunmaq hissi bütün vücudumu bürüyüb yandırdı”.

İranda 2009-cu ildə keçirilmiş prezident seçkisi zamanı müxalifət lideri Mirhüseyn Musəvinin seçki qərargahında təmsil olunmuş Süməyyə Tövhidluya 50 şallaq zərbəsi vurulub.

“Media forum” saytının məlumatına görə, Tehran Universitetinin tələbəsi Süməyyə Tövhidlu seçkinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulmuşdu. Tehran məhkəməsi onu İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə günahlandıraraq 1 illik həbsə və 50 şallaq zərbəsinə məhkum edib.

Fəala qarşı çıxarılan həbs qərarı sonradan ləğv olunsa da, 50 şallaq zərbəsi qüvvədə saxlanıb.

Xanım Süməyyəyə çıxarılan şallaq cəzası 2011-ci il sentyabrın 14-də onun əl-qoluna zəncir vurulduqdan sonra icra edilib.

Süməyyə Tövhidlu ona şallaq zərbələri vurulduqdan sonra öz bloqunda belə yazıb: “Sən sevinə bilərsən. Niyyətin məni təhqir etmək idi. Etiraf edirəm ki, təhqir olunmaq hissi bütün vücudumu bürüyüb yandırdı”, - deyə o qeyd edib.

XS
SM
MD
LG