Accessibility links

İranda nüvə ekspertlərinin qətli ilə bağlı 20 adam nəzarət altına alınıb


İranda nüvə ekspertlərinin qətli ilə bağlı 20 adam nəzarət altına alınıb. Tehran onların qətlinin arxasında İsrailin durduğunu iddia edir.

İranın kəşfiyyat naziri Heydər Möslehi bunların nüvə alimlərinin qətli ilə əlaqədar olaraq ilk həbslər olduğunu bildirib. Lakin bir həftə bundan əvvəl İranda hadisələrlə bağlı bir neçə nəfərin saxlandığı xəbər verilmişdi.

Moslehi həbs edilənlərin üçüncü ölkə vasitəsi ilə İsrailə səfər etdiklərini deyib. Ölkənin adı çəkilməsə də İran İsrail terrorçularına sığınacaq verdiyinə görə Azərbaycanı ittiham edir.

İranda 2010-cu ildən bəri 5 nüvə eksperti öldürülüb.

XS
SM
MD
LG