Accessibility links

İranda seçkilərin yekun nəticələri açıqlanıb (yenilənib)

  • Amerikanın səsi

İran prezidenti Mahmud Əhmədinejad yekun parlament seçkilərində ciddi mənfi nəticələr əldə edib. Bu nəticələr gələn il keçiriləcək prezident seçkilərinə öz təsirini göstərə bilər.

İranda parlament seçkilərinin ilkin nəticələri 2013-cü il prezident seçkilərində prezident Mahmud Əhmədinejadın rəqiblərinə dəyişiklik edə biləcək üstünlük verib.

Xəbər agentlikləri bu gün bildirib ki, dünən ikinci tur səs vermələrin nəticələri ali dini lider Alyətullah Əli Xamneyiyə sadiq siyasətçilər də daxil olmaqla dini hakimiyyətə böyük dəstəyin olduğunu nümayiş etdirib. İran parlamentində keçirilən ikinci tur səsvermədə 290 yerdən 65-i uğrunda mübarizə aparılıb.

Dövlət televiziyası bu gün elan edib ki, cənab Əhmədinejadın rəqibləri parlamentdə 20 yerə sahib olub. Onun tərəfdarları səkkiz, müstəqil partiyalar isə 11 yerlə kifayətləniblər.

Analitiklərin sözlərinə görə cənab Əhmədinejadla ali ruhani lider Xamneyi arasında münasibətlər gərginləşib.

Prezident Mahmud Əhmədinejadın mühafizəkar rəqbiləri mart ayında keçirilən birinci tur səsvermədə parlamentdə yerlərin əksəriyyətini əldə edib.

XS
SM
MD
LG