Accessibility links

İranda parlament seçkiləri və iqtisadi böhran


İranda milyonlarla seçici və yüzlərlə namizədin iştirak edəcəyi seçkilərdə İranın iki ən vacib şəxsi parlament uğrunda mübarizə aparmayacaq.

Ancaq analitiklərin fikrincə prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətulla Əli Xameneyi arasındakı fərqli baxışlar seçkilərin nəticələrinə təsir göstərəcək.

İki lider arasında mart ayının 2-də keçiriləcək parlament seçkilərinin nəticərinə təsir etmək uğrunda mübarizə aparır.

“Bu qarşıdurmada yalnız bir tərəf qalib ola bilər və bu da ali dini liderdir. O, dövlətin əsas gücünə malikdir” – deyə Londonda yerləşən Kral Birləşmiş Xidmətləri İnstitutunun analitiki Şaşank Coşi bildirir.

Onun sözlərinə görə, bu prosesdən belə aydın olur ki, prezident idarəsi bu mübarizədən zədələnmiş halda çıxacaq.

2009-cu ildən bəri ilk seçkilər

İranın Parlament seçkiləri barədə faktlar

  • Namizədlər Keşikçilər Şurası tərəfindən təsdiq edilir.
  • Qeydiyyatdan keçmiş 5395 nəfərdən 3444-nün namizədliyi qeydə alınıb.
  • Parliamentdə 290 yer var.
  • Seçicilərin yaşı 18 və ya yuxarı olmalıdır.
  • 74 milyon əhalisi olan İranın səs vermək hüququna malik 48 milyon seçicisi var.
  • Səsvermənin nəticələri əllə hesablanır.

Sabah keçiriləcək parlament seçkiləri 2009-cu ildə mübahisəli seçkilərdən bəri ilk səsvermədir.

O zaman seçkilərin nəticələri insanların etiraz səsini ucaltması və müxalif Yaşıl Hərəkat iştirakçılarına qarşı qəddar zorakılıqlarla müşayiət olunmuşdu. Nümayişlər zamanı onlarla insan həlak olmuşdu.

Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də daxil olmaqla, islahatçı liderlər bir ildən artıq ev dustaqlığında saxlandılar. Onlar səsvermənin saxtalaşdırıldığını iddia edərək, parlament seçkilərini boykot edib.

Ekspert Coşi bildirir ki, hadisələr Yaşıl Hərəkatın öldüyünü göstərir: “Əgər qalıbsa da, hərəkatdan yalnız közərdilər qalıb. Oxşar nümayişlərin bu il də baş verməsini təxmin etmək çətindir”.

Səsvermə nüvə proqramı və insan haqları pozuntuları səbəbilə İranın artan təcridlə üzləşdiyi bir vaxta təsadüf edir.

Prezident Əhmədinejada dəstək işçi sinigdən qaynaqlanır. Ancaq artan inflyasiya, o cümlədən yancaq və ərzaq subsidiyalarında ixtisarlar bu dəstəyi təhlükə altına atır.

Qərbin İrana yönəlik sanksiyaları iqtisadi cəhətdən İrana təsir etməyə başlayıb.

Ancaq Coşi deyir ki, seçki nəticələri İranın nüvə siyasətini dəyişməyəcək.


İnsan Haqları qruplarının xəbərdarlığı


İnsan haqları qrupları bildirir ki, İranın dissidentlərinin təqibləri genişlənir.

“Rəsmilər anladı ki, onlar Twitter-in, Facebook-un və YouTube-un gətirəcəyi sonluğu görmək istəmirlər” – deyə Amnesty International-ın İran üzrə eksperti Dreveri Dük bildirir.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ölkədə kiber-ordu, başqa sözlə kiber-polis yaradılıb. Dük deyir ki, müxalif hərəkat sakit qalmayacaq.

“Bu, belə qala bilməz. Sistemdə gərginlik və təzyiqlər var. Növbəti parlamentarilər də bunu anlamalıdır” – deyə o bildirir.

Bu təzyiqlər 2013-ci ilədək hiss etdirilməlidir. Həmin il İran üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək.

XS
SM
MD
LG