Accessibility links

İranda qadinların sulu qəlyan çayxanasına girişinə qadağa qoyulub


İranda qadinların sulu qəlyan çayxanasına girişinə qadağa qoyulub
İranda qadinların sulu qəlyan çayxanasına girişinə qadağa qoyulub

Qadınların sulu qəlyanlı çayxanalara girişinə qoyulan qadağa iyulun 11-dən qüvvəyə minəcək. Qadağaya əməl etməyənlər məsuliyyətə cəlb ediləcək, məhkəməyə veriləcək.

İranda qadınların müştərilərə sulu qəlyan təklif edən çayxana və yeməkxanalara daxil olmasına qadağa qoyulub. “Media forum” saytının məlumatına görə, bunu iyulun 4-də jurnalistlərə Tehran hüquq mühafizə qüvvələrinin komandanı Hüseyn Sacediniya deyib.

Hüseyn Sacediniya bildirib ki, bu qadağa ölkədə həyata keçirilən “əxlaq təhlükəsizliyi” layihəsi ilə bağlıdır: “Bəzi ailələrin ardıcıl müraciətini və tələbini nəzərə alaraq bir sıra məhkəmə sistemi rəsmiləri ilə apardığımız müzakirələrdən sonra qadınların öz müştərilərinə sulu qəlyan təklif edən çayxana və yeməkxanalara daxil olmasına qadağa qoyulub”.

Qadınların sulu qəlyanlı çayxanalara girişinə qoyulan qadağanın iyulun 11-dən qüvvəyə minəcəyini vurğulayan Hüseyn Sacediniya çayxana sahiblərini xəbərdar edib: “Onlar bu qadağaya əməl etməsələr məsuliyyətə cəlb olunacaq, məhkəməyə veriləcəklər”.

XS
SM
MD
LG